Argentina məhkəməsi Buenos-Ayresdə saxlanılan Venesuelanın “Emtrasur” təyyarəsinin sonuncu ekipaj üzvlərinə ölkəni tərk etməyə icazə verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı məlumat yayıb.
Bildirilir ki, terrorçuluq fəaliyyətlərində şübhəli bilinən 19 ekipaj üzvündən beşi, üç iranlı və iki venesuelalı ölkəni tərk edib.
Qərara görə, hakim onlara qarşı cinayət işin başlanması üçün kifayət qədər sübut tapmayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Argentinadan Venesuelanın sanksiyalar altında olan İranın “Mahan Air” aviaşirkətindən aldığı “Emtrasur” təyyarəsini saxlamağı xahiş edib. Sentyabrda məhkəmə 14 ekipaj üzvünə ölkəni tərk etməyə icazə verib.
Venesuela prezidenti Nikolas Maduro Buenos-Ayresi təyyarəni geri qaytarmağa çağırıb.
İqbal Rzayev,
KONKRET.az
