Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı sərəncam imzalayıb.
KONKRET.az bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.
Qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq sədridir. Yeni XİN başçısı 2019-2021-ci illərdə də bu vəzifəni tutub. İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.

