“Armenpress”: “Ermənistanın ticarət dövriyyəsi 11,4 faiz azalıb”backend

“Armenpress”: "Ermənistanın ticarət dövriyyəsi 11,4 faiz azalıb"

2020-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda ticarət dövriyyəsinin həcmi mövcud qiymətlərlə 2 trilyon 42 milyard 609,009 milyon dram (4 milyard 218 milyon 525,002 ABŞ dolları) təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% azalma deməkdir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsindən “Armenpress” ə məlumat verilib. Məlumata görə, bu ilin doqquz ayında pərakəndə ticarətin həcmi 924 milyard 642 002 milyon dram təşkil edib ki, bu da 2019-cu ilin eyni aylarının göstəricisindən 15% azdır. Topdansatış sahəsində bu göstəricilər 1 trilyon 49 milyarda 57 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 7,1 % azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında avtomobillərin ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,6% azalaraq 68 milyard 910 milyon dram olub. Bu göstərici yalnız ixtisaslaşmış mağazalar vasitəsilə həyata keçirilən avtomobillərin, onların hissələri və aksessuarlarının satışını, həmçinin onların təmirini əhatə edir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*