Arşavir Qaramyan: “Azərbaycan qoşunların təmas xəttində aktivləşməyə başlayıb”backend

Arşavir Qaramyan: “Azərbaycan qoşunların təmas xəttində aktivləşməyə başlayıb”

Dağlıq Qarabağda yaradılmış separatçı rejimin təhlükəsizlik şurasının rəhbəri Arşavir Qaramyan jurnalistlərə açıqlamasında bildirib ki, son günlər qoşunların təmas xəttində aktivlik danışıqlar prosesinin reallıqlarından irəli gəlir. KONKRET.AZ xəbər verir ki, saxta rejimin “qəhrəmanı”, general Qaramyan yenə Azərbaycan tərəfini ittiham edən açıqlamalar verib. Onun sözlərinə görə, xüsusilə son vaxtlarda danışıqlar prosesinin gedişatına olduqca bədbin qiymətlər verilir. Qaramyan hesab edir ki, siyasi proseslərin məntiqi birbaşa sərhəddə baş verən hadisələrlə bağlıdır. Azərbaycan daim mövqeyini möhkəmləndirir ki, bu da irəliləməyə imkan vermir, üstəlik, sərhəddə aktivləşməyə şərait yaradır.

Bir neçə gün əvvəl ABŞ həmsədrləri Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşmüşdülər və həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər edəcəyi gözlənilir. Vəziyyətin sabitləşəcəyini və danışıqlar prosesinin uzaqlaşacağını gözləmək olarmı? sualına isə o, belə cavab verib: Düzünü desəm, ciddi ümidlərim yoxdur, xüsusən bu görüşlərdən sonra sərhəddə vəziyyət dəyişib, yəni Azərbaycan sərhəddəki siyasi prosesə münasibətini bildirib. Sadəcə olaraq, tərəflərin mövqedən getməsinə və vəziyyətə əhəmiyyətli dəyişikliklər etməsinə imkan yaradan əsaslar hələ görünmür”.

KONKRET.AZ

Bir cavab yazın