Arsenyan təsdiqlədi: Onun namizədliyi Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə irəli sürülübbackend

Arsenyan təsdiqlədi: Onun namizədliyi Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə irəli sürülüb

Ermənistanda hakim “Mülki Müqavilə” qrupunun deputatı Qurgen Arsenyan Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.

KONKRET.az xəbər verir ki, oktyabrın 24-də parlamentdə jurnalistlərlə söhbətində Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala tam cavab verməyib. Amma o bildirib ki, hər şeyi zaman göstərəcək. Hazırda onun sənədləri Moskvadadır.

Eyni zamanda, Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*