Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaqbackend

Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaq

2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul prosesinin əsas müzakirə mövzularından biri də ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyidir. Abituriyentlər və valideynlər xüsusilə hansı ixtisaslarda rəqabətin artacağını, hansı sahələrdə isə keçid ballarında enmənin gözlənildiyini maraqla izləyirlər.

Bəs builki qəbul kampaniyasında hansı ixtisas qruplarında balların yüksələcəyi, hansılarında isə azalacağı proqnozlaşdırılır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2026-cı il qəbulunda bir sıra ixtisaslar üzrə keçid ballarında artım müşahidə oluna bilər.

Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi  | tehsil365.news

“I ixtisas qrupunun hər iki altqrupunda bir çox ixtisaslar üzrə ballarda artım qeydə alınacaq. II ixtisas qrupunda isə həm 150 ballıq həm də daha çox tələb olunan prestijli ixtisaslarda keçid ballarının artacağını proqnozlaşdırıram.

III ixtisas qrupunda bəzi ixtisaslarda keçid ballarında enmə müşahidə edilə bilər.

IV ixtisas qrupunda 150 ballıq ixtisaslarda və daha çox tələb olunan ixtisaslarda ballar artacaq. Lakin regional universitetlərdə tədris olunan bəzi populyar ixtisaslarda müəyyən qədər enmə ola bilər”.

Onun sözlərinə görə, V ixtisas qrupunda isə əksər ixtisaslar üzrə keçid ballarında cüzi azalma ehtimalı daha yüksəkdir.

Ekspert hesab edir ki, keçid ballarına təsir edən əsas amillər arasında abituriyentlərin ixtisas seçim meylləri, plan yerlərinin sayı, universitetlərin cəlbedicilik səviyyəsi və qəbul imtahanlarının nəticələri xüsusi rol oynayır. Bu səbəbdən yekun nəticələr ixtisas seçimi mərhələsindən sonra daha dəqiq məlum olacaq.

Qeyd edək ki, 2026-cı il qəbul kampaniyası çərçivəsində keçid balları ixtisas seçimi başa çatdıqdan və yerləşdirmə nəticələri elan olunduqdan sonra rəsmən açıqlanacaq. Hazırkı proqnozlar isə abituriyentlər üçün istiqamətverici xarakter daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*