Məşhur rejissor özünü təsadüfən güllələdibackend

Məşhur rejissor özünü təsadüfən güllələdi

İki dəfə “Emmi” mükafatı laureatı olan 83 yaşlı amerikalı rejissor Maykl Mann özünü təsadüfən ayağından güllələyib.

KONKRET.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Hadisə Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. Məlumata görə, uzun illərdir atıcılıqla məşğul olan rejissor məşq üçün silahı özü yığmağa çalışarkən qəfil atəş açılıb.

Mann yerli xəstəxanaya çatdırılıb. Onun yarasının dərialtı olduğu və ciddi xəsarət almadığı bildirilir. Polis hadisəni təsdiqləyərək kişinin özünə xəsarət yetirmək niyyətində olmadığını, güllə yarasının bədbəxt hadisə nəticəsində yarandığını açıqlayıb.

Qeyd edək ki, Maykl Mann “İnsan ovçusu”, “Sonuncu mogikan” və “Döyüş” filmləri, eləcə də “Mayami polisi” serialı ilə tanınır. O, “The Jericho Miles” və “Narkotik müharibələri: Kamarena işi” mini-seriallarına görə “Emmi” mükafatına layiq görülüb. Rejissor, həmçinin “Öz adamı” filminə görə rejissor, “Aviator” filminə görə isə prodüser kimi iki dəfə “Oskar”a namizəd olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*