Artur Vanetsyan: “Nikol Paşinyanın bədnam müraciəti bir daha onun zavallı vəziyyətini göstərdi”backend

Artur Vanetsyan: "Nikol Paşinyanın bədnam müraciəti bir daha onun zavallı vəziyyətini göstərdi"

Baş nazir Nikol Paşinyan noyabrın 27-dəki müraciətində onu tənqid edənlərin “xarici qüvvələrin istəkləri ilə paralel hərəkət edən Ermənistan daxilində tanınan qruplar” olduğunu və “milli ləyaqətimizin və qürurumuzun yaralarının iltihabı onların əsas işinə çevrildiyini” söylədi.

KONKRET.az xəbər verir ki, bu sözləri “Vətən” partiyasının sədri Artur Vanetsyan”Aysor.am”-a müsahibəsinə söyləyib. Və əlavə edib ki, “Nikol Paşinyanın bədnam müraciəti bir daha hamıya acınacaqlı vəziyyətini və siyasi gələcəyinin sonunu göstərdi. Beləcə mənim dəfələrlə dediklərimi bir daha sübut etdi. Nikol Paşinyan zavallı bir yalançı, nə dediyini bilməyən məsuliyyətsiz bir insandır. İki il yarım siyasi şoular təşkil etmək, xalqı yalanlarla qidalandırmaq, münaqişəni həll etmək üçün danışıqlar prosesini uğursuz etmək, ölkəni müharibəyə gətirmək və sonra Vətənin əhəmiyyətli bir hissəsini təslim etmək.Bundan sonra da insan günahını boynuna almadan milli ləyaqət və qürur yaralarının iltihabı barədə danışır. Daha nəyi şərh edim? “

Onun sözlərinə görə, “O, dərindən səhv edir. Müharibə zamanı gücün təbliğat maşınının dəyirmanına su tökən milli kimliyimizi və ləyaqətimizi ayaqlar atan və xarici kəşfiyyat şəbəkələri ilə əhatə olunmuş bir adam danışır. Danışdıqca daha da rəzilləşir, daha da alçalır”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*