Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Nikol Paşinyanın imzaladığı kapitulyasiyadan danışıb
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Qarabağdakı hərbi uğurzusluqlar onları bu sənədi imzalamağa məcbur edib:
“Bu gün Ermənistanın Baş naziri Nikolay Paşinyanla bütün gün hərbi əməliyyatların dayandırılmasına yönəlmiş hərəkətlərimizi müzakirə etdik. Qarabağ Milli Məclisi ilə əvvəlcədən danışıqlar apardım və millət vəkillərinin böyük əksəriyyətinin razılığını aldım. Mövcud dəhşətli vəziyyəti nəzərə alaraq, daha çox ağır itkilərin və Qarabağın tamamilə itirilməsinin qarşısını almaq üçün müharibəni bir saat əvvəl bitirməyə razı oldum”.
