Arvadını qətlə yetirən şəxsə hökm oxundubackend

Arvadını qətlə yetirən şəxsə hökm oxundu

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşad Əmirov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə may ayında Bakının Nizami rayonunun ərazisində baş verib.

Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Araşdırmalarla Ləman Əmirovanın həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*