Aslan İsmayılov: “Təsəvvür edin ki, müharibə davam edir”backend

Aslan İsmayılov: "Təsəvvür edin ki, müharibə davam edir"

Birincisi, 45 gün bundan əvvəlki vəziyyəti və Qarabağla bağlı 26 ildir nələri istədiyimizi bir daha yadınıza salın.

İkincisi, təsəvvür edin ki, müharibə davam edir, bu günə qədər sətiraltı hədələri, qoşunlarını sərhədlərə yığan İranın son “bölgədə heç bir ərazi dəyişikliyi baş verə bilməz” hədəsini, Rusiyanın helikopterinin vurulmasından dərhal sonra Rusiyada səslənən çağırışları göz önünə gətirin və təsəvvür edin ki, Türkiyədə bizi müdafiə etməyə girişir. Müharibə artıq bütün bizim ərazilərdə davam edir. Bura əlavə edin ki, ABŞ-da Bayden işə başlayır və Azərbaycana qarşı sanksiyaları tətbiq edir.

Bunları təsəvvür edəndən sonra ön cəbhədə həlak olanların, hələ də ön cəbhədə vuruşanların ailələrini göz önünə gətirin.

Vətəndaşlarda sual yaradan məqamlara isə rəsmi reaksiyaları gözləyin. Bu müharibə bir şeyi bizə qəti öyrətdi ki, tələskənlik edib neqativə düşmək lazım deyil. Prezident dünənki müraciətində sevinc hissini gizlədə bilmirdi. Heç olmasa məntiqlə bu barədə düşünün.

P.S. Bu müqaviləni Qələbə yox, məğlubiyyət kimi dəyərləndirənlərdən kimin özünün, yaxud balasının müharibədə olduğunu bilsəniz, mənə də xəbər verin, bilim.

Aslan İsmayılov

Hüquqşünas

  • Vüqar
    Noyabr 11, 2020 - 03:58

    Kim nə deyir ki? Buna etiraz edən mi var? Niyə belə təşvişə düşmüsünüz?! 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*