Assancın səhhəti kəskin pisləşdibackend

Assancın səhhəti kəskin pisləşdi

Londonda Belmarş həbsxanasında saxlanılan “WikiLeaks” portalının qurucusu Culian Assancın səhhəti kəskin pisləşib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Assancın həyat yoldaşı Stella Moris açıqlayıb.

Onun sözlərinə görə, həyat yoldaşı ilə sonuncu dəfə iyunun 14-ü görüşüb və bu zaman Assanc çox narahat görünüb.

Moris bildirib ki, Assanc həm ABŞ hökuməti, həm də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Priti Patel iyunun 17-si Culian Assancın ABŞ-a ekstradisiya olunmasını təstiq edib.

Assanc 2019-cu ildən Londondakı Belmarş həbsxanasındadır. Onu ABŞ ərazisində 175 il həbs cəzası gözləyir.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*