Astronavt Alper Gezeravcı Yerə qayıdırbackend

Astronavt Alper Gezeravcı Yerə qayıdır

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiya ilə vidalaşır.

KONKRET.az xəbər verir ki, Türkiyənin ilk insanlı kosmos missiyası ilə bağlı açıqlama verən Gezeravcı, “Bu, bir hekayənin başlanğıc nöqtəsi idi, hədəf deyil” deyib.

Türkiyənin ilk astronavtı Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) vida mərasimi keçirilib.

Gezeravcı vida mərasimindəki çıxışında, “Qürurverici tariximizin davamı olaraq bir addım atdığımız yeni Türk Yüzilliyində Türkiyənin ilk insanlı kosmos missiyasını yerinə yetirdiyim üçün çox qürur duyuram” – deyib

Həyata keçirdikləri bu işin gələcəyin qarantiyası olan gənclər üçün ruhlandırıcı bir başlanğıc olmasını arzulayan Gezeravcı, “Bu, bir hədəf deyil, bir hekayənin başlanğıc nöqtəsi idi. Bundan sonrakı yolumuz bütün millətimiz üçün xeyirli olsun”- mesajını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*