Aşura günü Kərbəlada FACİƏ: Ölənlər və yaralananlar varbackend

Aşura günü Kərbəlada FACİƏ: Ölənlər və yaralananlar var

İraqın Kərbəla şəhərində bu gün qeyd edilən Aşura mərasimi zamanı insanların ağırlığı altında piyada keçidi çöküb: nəticədə 20 nəfər həyatını itirib, yüzlərlə yaralı var.

KONKRET.az Beynəlxalq Euronews agentliyinə istinadən bildirir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar: onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Əraziyə xilasedicilər cəlb edilib.

Güman edilir ki, piyada keçidinin çökməsinə tikilinin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*