At ölüb, itin bayramıdır: İtaliyasız DÇ-nin qalibi yenə Fransa olacaq? – TƏHLİLbackend

At ölüb, itin bayramıdır: İtaliyasız DÇ-nin qalibi yenə Fransa olacaq? - TƏHLİL

2018-ci ilki futbol üzrə Rusiyada keçirilən mundial İtaliyasız baş tutdu. Düzü, Perm şəhərindəydim, həm turnirdə İtaliya olmadığı üçün izləmədim. Hazırkı çempionatın da dadı-duzu yoxdur, hansısa rəng çatışmır. 4 dəfə dünya çempionu, iki dəfə ikinci, 1 dəfə üç və dördüncüsü olmuş, iki dəfə Avropa kubokunu başı üzərinə qaldırmış yığmanın Rusiya, ardınca Qətərdəki dünya birinciliyinə qatıla bilməməsi şübhəlidir.

KONKRET.az araşdırmalarına görə, İtaliyanın mundiallardan uzaq saxlanılması komandanın seçmə mərhələlərdəki uğursuz oyunu, yaxud zəifliyi deyil.

Necə olur ki, 2018-ci ildə DÇ-yə qatıla bilməyən yığma, 2020-ci ildə Avropa çempionu olur? Özü də Londondakı “Uembli” stadionunda İngiltərəni məğlub etməklə! Necə olur ki, Avropa kubokunun son sahibi dünya çempionatına qatıla bilmir, amma dünya çempionatında avropalılar qan eləyir? Yəni bu suallara veriləcək bütün cavablar bəhanə xarakterlidir və təzadla doludur. Çünki heyət zəifliyi yalandır, məşqçi həmin məşqçidir, oyun stili qrupdan çıxıb kimisə orada saxlamaq üçün qənaətbəxşdir. Bəlkə də elə bundan qorxurlar. Qətərin qrupdan çıxanlarına baxanda bu təlaş təsdiqlənir:

– Niderland, Seneqal, İngiltərə, ABŞ, Argentina, Polşa, Fransa, Avstraliya, Yaponiya, İspaniya, Mərakeş, Xorvatiya;

– Braziliya və Portuqaliya da qrupdan çıxıb, sadəcə ikinci yerlərin müəyyənləşdirilməsi qalıb. Braziliyanın qrupunda İsveçrənin, Portuqaliyanın qrupunda isə Qananın şansları çoxdur;

Qətər attestatına əsas favoritlərdən sayılan Almaniya ilə Belçika isə sinifdə qalıb.

İngiltərə-Fransa mübarizəsinə Messi Argentinasının şərik ola biləcəyi inandırıcı deyil. Çünki bu komanda yüngül pressinqlə rastlaşan kimi qapısında top görür. Hücum taktikaları da oyunçuların fərdi keyfiyyətlərinə ümidlidir.

Niderland amerikalıları keçsə, İtaliyanın torbasını tikənlərə başağrı ola biləcək.

Mərakeş, Yaponiya və Avstraliya kimi ölkələr keçid işarəsidir. Ona görə də yarımfinala çatmaqları gözlənilmir.

Polşa zəif təsir bağışlayır, Xorvatiyanın növbəti dəfə finala çıxması utopiyadır.

Braziliya 1998-dəki kimi yenə xarici borclarının bir qismini bağlamaq istəsə, Fransanın şansı artır.

Sadəcə, bu maliyyəni İngiltərə də ayırmaq iqtidarında olduğu üçün fransızların ard-arda ikinci çempionluğu sual altındadır.

Portuqaliyanı da unutmaq olmaz.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*