Ata oğlunu qətlə yetirdi – Kürdəmirdəbackend

Ata oğlunu qətlə yetirdi - Kürdəmirdə

Kürdəmirdə qətl hadisəsi törədilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə Kürdəmir rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*