Argentinanın bir neçə əyaləti və Buenos-Ayresin böyük hissəsi yanğın səbəbindən işıqsız qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “La Nación” nəşri məlumat yayıb.
Bildirilib ki, yanğın “Atucha I” atom elektrik stansiyasını sıradan çıxarıb. Qəza 6 milyondan çox evə və ya 20 milyon insana (ölkə üzrə istehlakçıların 40%-nə) təsir edib.
Ölkənin Energetika Nazirliyi qəzanın səbəblərini araşdırdıqlarını bildirib. AES-in istismarına cavabdeh olan “Nucleoelektrica” şirkəti stansiyanın şəbəkə ilə bağlı problemlər səbəbindən işləmədiyini təsdiqləyib.
Şirkətdən bildirilib ki, ən azı 48 saat ərzində stansiyanın işi bərpa ediləcək.
Qeyd olunub ki, Argentinanın ikinci atom elektrik stansiyası olan “Atucha II” 2022-ci ildən təmirə görə fəaliyyət göstərmir.
İqbal Rzayev,
KONKRET.az
