Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt AÇIQLANDIbackend

Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt AÇIQLANDI

Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasının dekabrın 9-da Bişkekdə keçirilməsi planlaşdırılır.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu gün Qırğızıstan Prezidenti Sadır Japarov qazaxıstanlı həmkarı Kasım-Jomard Tokayevlə telefon danışığı zamanı dekabrda keçiriləcək iclasa hazırlıq məsələsini müzakirə edib.

Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının sonuncu iclası mayın 27-də videokonfrans vasitəsilə keçirilib. İclasda Avrasiya İqtisadi Şurasına üzvü olan bütün ölkələrin – Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistanın rəhbərləri və iki müşahidəçi ölkə – Özbəkistan və Kubanın rəhbərləri iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*