Avropa anbarlarındakı yanacaq tükənir – Yanvarda İttifaqın vəziyyəti çətin olacaqbackend

Avropa anbarlarındakı yanacaq tükənir - Yanvarda İttifaqın vəziyyəti çətin olacaq

Rusiya təbii qazının həcminin azalması Avropa ölkələrini qış üçün yanacaq tədarükü görməyə məcbur edir.  

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyanın qaz tədarükünü azaltması Fransa, İtaliya, Avstriya və Almaniyaya təsir edib.  Bu həm də “Qazprom”un Siemens qaz turbinlərinin təmirinə görə, “Şimal axını”nın öz tutumunu azaltması ilə bağlıdır.

Agentlik bildirib ki, bu ölkələrdə səhmlər aprelin əvvəlindən artıq iki dəfə azalıb. “Şimal axını”nın tamamilə dayandırılması baş versə, bu zaman  Avropa istilik mövsümünün əvvəlinə qədər İttifaqın müəyyən etdiyi qaz ehtiyatı səviyyəsinə çata bilməyəcək və anbarlardakı yanacaq yanvara qədər tükənəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*