Hazırda Avropa İttifaqına üzv dövlətlər İsrailin İrana hücumuna cavab olaraq mümkün tədbirləri müzakirə edirlər.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib: “Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin İrana hücumunun nəticələrini qiymətləndirmək və birgə tədbirlər hazırlamaq üçün üzv ölkələri arasında məsləhətləşmələr aparır”, – deyə diplomat bildirib.
Xatırladaq ki, yəhudilərin tövbə günü İsrail hərbi hava qüvvələri İrana hücum edib. İran üzərində üç saat yarım davam edən əməliyyatlar əsasən 3 istiqamətdə aparılıb. Türkiyə mətbuatının məlumatına görə hərbi obyektlərə endirilən zərbələr zamanı 2 nəfər həlak olub
Vəli Həsənoğlu,
KONKRET.az