Avropa İttifaqı Rusiyanı sanksiyalar altında saxlamağı düşünürbackend

Avropa İttifaqı Rusiyanı sanksiyalar altında saxlamağı düşünür

Avropa İttifaqı Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Mənbənin məlumatına görə  Vaşinqton yeni prezident dövründə  kursu dəyişmək qərarına gəlsə belə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq. Agentliyin qeyd etdiyi kimi, müzakirə olunan tədbirlər Rusiyanın aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmağa nəzarətə təsir edə bilər. Aİ həmçinin Rusiya neftini daşıyan daha 45 gəmini qara siyahıya salmaq və Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*