Tramp onların Ağ Evə girişini qadağan etdibackend

Tramp onların Ağ Evə girişini qadağan etdi

ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib.

KONKRET.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə platformasında məlumat verib.

Tramp onları administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

“ABŞ Prezidentinin, Tramp administrasiyasının və ya Amerika Birləşmiş Ştatlarının fəaliyyətini işıqlandırarkən medianın daim uydurma hekayələr və yalanlar yaymasına yol verilməməlidir”, – deyə o yazıb.

Amerika lideri xəbərdarlıq edib ki, digər “saxta xəbərlər” yayan media qurumlarının da aqibəti eyni olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*