ŞAD XƏBƏR – Bu universitet tələbələrinə güzəşt edəcəkbackend

ŞAD XƏBƏR - Bu universitet tələbələrinə güzəşt edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında yaranan nəqliyyat sıxlığını və ictimai nəqliyyatdakı çətinlikləri nəzərə alaraq tələbələrə şad xəbər verib.

KONKRET.az xəbər verir ki, rektor səhər saatlarında yollarda yaşanan sıxlıq və ictimai nəqliyyatın hərəkətindəki ləngimələr səbəbindən dərsə gecikən tələbələrə qarşı davamiyyət məsələsində müəyyən güzəştlər tətbiq olunacağını bildirib.

Qərara əsasən, bu obyektiv səbəblərdən dərsə gecikmələr tələbələrin qayıb limitinə və ümumi davamiyyət göstəricilərinə mənfi təsir göstərməyəcək.\\yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*