Cəlilabadda hadisə: Yük maşınının altında…backend

Cəlilabadda hadisə: Yük maşınının altında…

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.

KONKRET.az cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Sabrabad kəndində baş verib. Belə ki, kənd sakini Xanhüseyn Abbasov ZIL markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonunda yerləşən xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə Xanhüseyn Abbasovu yük avtomobilinin altından çıxararaq xilas ediblər.

Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.\\NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*