Fransa Prezidentinin həyat yoldaşı Bricit Makron haqqında verdiyi bəyanatlardan sonra dünya miqyasında məşhurlaşan jurnalist Nataşa Rey sentyabrın 13-də onkoloji xəstəlikdən vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə fransalı jurnalist Ksavye Pussar “X” sosial şəbəkəsində məlumat verib.
K.Pussar Nataşa Reyi Bricit Makronla bağlı işin başlanğıcında dayanan şəxslərdən biri adlandırıb.
Nataşa Rey Bricit Makronun cinsiyyəti barədə bəyanatlarından sonra geniş şöhrət qazanmışdı. Fransa Prezidentinin həyat yoldaşı cavab olaraq onu məhkəməyə vermişdi.
Qeyd edək ki, Nataşa Rey 1970-ci ildə anadan olub./Report
