Avropa Komissiyası namizəd statusu ilə bağlı Gürcüstana “yox” dedibackend

Avropa Komissiyası namizəd statusu ilə bağlı Gürcüstanayoxdedi

Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün namizəd statusundan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.

Mənbə yazır ki, Qərb, eyni zamanda rəsmi Tbilisi qarşısında bir sıra şərtlər qoyub. Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı müfəssəl qərar verib.

Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi tövsiyə olunub. Gürcüstan isə şərtləri yerinə yetirdikdən sonra öz namizədliyini irəli sürə biləcək. Ancaq şərlərin nədən ibarət olduğu barədə açıqlama verilmir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*