Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların həyata keçirilməməsi ilə bağlı boşluğu aradan qaldıracaq.
KONKRET.az “İnterfax“a istinadən xəbər verir ki, barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Tallində mətbuat konfransında deyib.
Fon der Leyen Avropa İttifaqının tətbiq etdiyi ixrac qadağalarının Rusiya iqtisadiyyatına çox güclü təsir göstərdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı ABŞ ilə birlikdə müharibə başlayandan bəri Ukraynanın ən böyük dəstəkçisi olub.
Onun sözlərinə görə, Avropa Komissiyası yaxın iki həftə ərzində qazın qiymətinin müəyyən səviyyəyə endirilməsi planını təqdim etmək niyyətindədir.
“Biz komissiyaya qazın və işığın qiymətlərini necə nəzarətdə saxlamağı təklif edəcəyik”, – deyə fon der Leyen əlavə edib.
Qeyd edək ki, Ursula fon der Leyen Tallində Estoniyanın Baş naziri Kaja Kallas ilə görüşüb.
İqbal Rzayev,
KONKRET.az
