Avropa Komissiyası: “Türkiyə 2024-cü ildə Aİ-yə üzv olmayacaq”backend

Avropa Komissiyası: "Türkiyə 2024-cü ildə Aİ-yə üzv olmayacaq"

Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.

O qeyd edib ki, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir.

Stano bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır deyil:

“Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə bütün zəruri meyarlara cavab verdikdən sonra qəbul edilir”.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya daxil olması məsələsində razılığa gəlməyə hazırdır, lakin bunun müqabilində ölkəsinin Avropa İttifaqına üzvlük prosesini intensivləşdirmək istəyir. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveçin Alyansa daxil olmasına razılıq verdiyini açıqlayıb. İsveç də öz növbəsində Türkiyənin Avropa İttifaqına üzvlüyünə yardım edəcəyinə söz verib.

Xatırladaq ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 1999-cu ildə namizəd statusu alıb. Üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*