“Avropa ölkələri üçün Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – ƏTRAFLIbackend

"Avropa ölkələri üçün Üçüncü Dünya Müharibəsi artıq başlayıb" - ƏTRAFLI

Rusiya və Qərb arasında soyuq müharibəyə artıq isti çalarlar qatılır. Ukrayna müharibəsi burada əsas rol oynayır. Bir növ Üçüncü Dünya Müharibəsinin başlandığı haqda fikirlərə tez-tez rast gəlirik. Bəs görəsən Avropa Üçüncü Dünya Müharibəsinə hazırdırmı? Ümumiyyətlə Qərb nə vaxta qədər Ukraynanı silahla təchiz etməyi düşünür? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, faktiki olaraq Üçüncü Dünya Müharibəsi gedir: “Bu gün Ukrayna üzərindən Qərb və Şərq arasında ciddi mübarizənin getdiyini müşahidə edirik. Bir tərəfdə Çinin az da olsa dəstək verdiyi Ruisya, digər tərəfdə isə Qərbi Avropa və ABŞ, eləcə də onları dəstəkləyən Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya kimi müttəfiqlər var. Əslində Üçüncü Dünya Müharibəsi davam edir. Sadəcə olaraq bu, Avropanın digər məkanlarında deyil, bir az lokal xarakterli olan Ukrayna ərazisində baş verir. Hətta təkcə Ukrayna ilə məhdudlaşdığını da deyə bilmərik. Bu gün Suriyada baş verən hadisələr, Balkanlardakı gərginləşmə və bunun fonundakı müharibə təhdidlərinin artması, eləcə də Liviyadakı hadisələr və pandemiyanın törətdiyi fəsadlar Üçüncü Dünya Müharibəsinin açıq göstəriciləridir. Əlbəttə, biz ənənəvi iki dünya müharibəsindən fərqli olaraq bu dəfə daha genişmiqyaslı savaşlara deyil, ziyanı çox olan döyüşlərə şahidlik edirik. Ona görə də, düşünürəm ki, Avropa ölkələri üçün Üçüncü Dünya Müharibəsi artıq başlayıb. Onlar bunu həm iqtisadiyyatlarında, həm də siyasi və hərbi təhlükəsizlik məsələlərində hiss edirlər. Sadəcə bunun qarşısının necə və hansı formada alınacağını bilmirlər. Görünən odur ki, bu bloklaşma daha ağır fəsadlara gətirib çıxaracaq. Ona görə də, Avropa içində olduğu Üçüncü Dünya Müharibəsinin fəsadlarının aradan qaldırılması üçün çalışır. Bu da əlbəttə ki, ABŞ-ın nəzarəti altında həyata keçirilir”.

Antaliyadaki gorusden Kreml umidli olsa da Kiyev eksini dusunur -

Politoloq əlavə edib ki, Qərbin Ukraynaya nə qədər silah verəcəyi müharibənin bitməsindən və tərəflərin ortaya qoyacağı mövqedən asılıdır: “Əgər Ukrayna və Rusiya mövqeyindən geri çəkilməsə və Kreml işğal etdiyi ərazilərdən çıxmasa, o zaman rəsmi Kiyev öz torpaqlarını tam şəkildə azad etmək istəyəcək. Bu zaman müharibənin bitmə ehtimalı az olacaq. Çünki tərəflərdən biri silahı yerə qoysa, digəri bundan istifadə edərək yeni ərazilər tutmaq haqqında fikirləşəcək. Bu baxımdan indiki məqamda müharibə uzun müddət davam edəcək. Nəzərə almaq lazımdır ki, İkinci Dünya Müharibəsində Almaniyanın SSRİ-yə tətbiq etdiyi Lendliz qanunu təqribən iki ildən çox qüvvəfə qaldı. Bunun nəticəsində SSRİ-i faşizm üzərində qələbə qazandı. Bu proses indi Ukrayna vasitəsilə Rusiyaya qarşı tətbiq olunur. Görünən odur ki, Üçüncü Dünya Müharibəsinin elementləri açıq şəkildə davam edir. Biz zamanı gələndə bu dövrün həqiqətən də Üçüncü Dünya müharibəsi ilə yadda qaldığının açıq sübutlarını görəcəyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*