Netanyahu Türkiyəyə görə Trampa müraciət etdi – Görün nələr deyib?backend

Netanyahu Türkiyəyə görə Trampa müraciət etdi - Görün nələr deyib?

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtondan Türkiyəyə Amerika istehsalı olan silah sistemlərinin satışını həyata keçirməməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ və İsraildən olan rəsmilərə istinadən “N12” portalı məlumat yayıb.

Məlumata görə, Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə bağlı narahatlığını ifadə edib.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Netanyahuya qulaq asıb. Məqalədə qeyd olunur ki, Trampın Ərdoğana bu məsələ ilə bağlı “Bəlkə bu mövzuda bir qədər geri çəkiləsən” məzmununda mesaj çatdırması istisna edilmir.

Hələlik nə Ağ Ev, nə də İsrail Baş nazirinin Ofisi bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*