Avropa Parlamenti plastik qabların istifadəsinə qadağa qoydubackend

Avropa Parlamenti plastik qabların istifadəsinə qadağa qoydu

KONKRET.az Plastik məhsullar rahat olduğu üçün bütün dünyaya yayılıb. Ancaq istifadədən sonra bu məhsullar problemli və ekoloji cəhətdən təhlükəli tullantıya çevrilir. Alimlərin hesabatına əsasən, hər hansı plastik qab yalnız 450 ildən sonra çürüməyə başlayır. Bunun baş verməməsi üçün Avropa Parlamenti 2021-ci ildən birdəfəlik plastik məhsulların istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, sənədin ilk müzakirəsi 2018-ci ilin oktyabrında baş tutmuşdu.

2021-ci ildən etibarən AB ölkələrində birdəfəlik qablar, kokteyllər üçün saman çopləri, pambıq qönçələri və digər məhsullar qadağan ediləcək.

2029-cu ilə qədər AB ölkələri plastik qabların 90 faizini təkrar emal etmək niyyətindədir. Buna görə də artıq 2025-ci ildə təkrarlanan materiallardan bütün yeni qabların dörddə biri istehsal ediləcək.

Yeri gəlmişkən, plastik çirklənmə turizm, balıqçılıq və insan fəaliyyətinin digər sahələrinə mənfi təsir göstərir. Bu səbəbdən AB-nin bütün dövlətləri 259-695 milyon avro zərər çəkir. Avropanın çimərliklərindəki bütün tullantıların demək olar ki, 70 faizi plastikdən ibarətdir.

Səlahiyyətli orqanların fikrincə, yeni qanun plastik məhsullara tələbatı azaldacaq və AB ölkələrinin sakinlərini təkrar emal edilməyən tullantılarla şüurlu şəkildə məşğul olmağa təşviq edəcək. Bü qanun həmçinin okeanların və dənizlərin də plastik məhsullarla çirklənməsinin qarşısını alacaq.

Leyla ŞİRMƏMMƏDOVA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*