İtaliyada koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb.
KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, ölkə digər Avropa ölkələri arasında COVID-19 virusuna yoluxanların sayına görə lider olub.
Ən son məlumatlara görə, həkimlər Lombardiyanın şimal bölgəsində 34, mərkəzi Venetoda 11 yeni yoluxma hadisəsini aşkar ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı İdarə Heyətinin üzvü Valter Rikkiardinin sözlərinə görə, İtaliya eyni zamanda virusa yoluxduqdan sonra ölüm halları barədə məlumat verən yeganə AB ölkəsidir. Zərərçəkənlər 78 yaşlı kişi və yaşlı bir qadın olub.
