Avropada hər il 200 mindən çox insan bu səbəbdən ÖLÜRbackend

Avropada hər il 200 mindən çox insan bu səbəbdən ÖLÜR

Havanın çirklənməsi hər il 200 mindən çox avropalının ölümünə səbəb olur.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Ətraf Mühit Agentliyinin yaydığı hesabatda bildirilir.

Araşdırmaya görə, havanın çirklənməsi ən çox ölümlə nəticələnən və sağlamlıq problemlərinə səbəb olan ekoloji faktordur.

Qeyd olunub ki, 2020-ci ildə Aİ ölkələrinin əhalisinin 96%-i emissiyaların zərərli təsirlərinə məruz qalıb.

Tədqiqatçılar müəyyən ediblər ki, Avropada çirklənmə ilə bağlı vaxtından əvvəl ölüm səbəblərinə ürək-damar xəstəlikləri, insult, ağciyər xərçəngi və şəkərli diabet daxildir.

Havanın çirklənməsi səbəbindən ən çox ölüm halları İtaliya, Polşa, Almaniya, Rumıniya və İspaniyada qeydə alınıb. Skandinaviya ölkələrində – İslandiya, Finlandiya, Norveç, İsveç və Estoniyada isə vəziyyət yaxşıdır.

Eyni zamanda, hesabatda qeyd olunub ki, 2005-ci ildən 2020-ci ilədək ekoloji amillərlə bağlı ölüm göstəricisi 45% azalıb. Avropa höküməti 2030-cu ilə qədər havanın çirklənməsi nəticəsində ölənlərin sayını 55% azaltmağı hədəfləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*