Şəkidə maşın yandı: xəsarət alan varbackend

Şəkidə maşın yandı: xəsarət alan var

Şəki rayonunda minik avtomobili yanıb.

KONKRET.az report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus QAZ-24 markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.

Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*