Avropada İslama qarşı daha bir İRQÇİ ADDIM: Bu dəfə Almaniyada müsəlman ailəyə hücum edildibackend

Avropada İslama qarşı daha bir İRQÇİ ADDIM: Bu dəfə Almaniyada müsəlman ailəyə hücum edildi

Almaniyanın Halle şəhəri yaxınlığındakı Merseburq qəsəbəsində müsəlman ailə 7 nəfərlik irqçi qrupun hücumuna məruz qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Halle Futbol Komandasının tərəfdarları olan hücumçular əvvəlcə müsəlman ailəni nifrət dolu irqçi sözlərlə təhqir edib, daha sonra onlara fiziki hücum həyata keçirib.

Küçədə baş verən hadisədə 19-33 yaşlı irqçi hücumçulara ətrafdakı insanlar mane olmağa çalışıblar. Hadisəyə müdaxilə edən polis hücum edənlərdən 4-nü gözyaşardıcı qazla zərərsizləşdirib.

Yüngül xəsarətlərlə canını qurtaran müsəlman ailəyə ilkin tibbi yardım göstərilib. Polisin hücum edənlərin şəxsiyyətini müəyyənləşdirdiyi və hadisə ilə bağlı araşdırmalara başladığı açıqlanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*