Avropada, xüsusilə Almaniyada müsəlmanları hədəf almaq üçün yeni bir oyun hazırlanıb.
KONKRET.az xəbər verir ki, artan irqçilik və islamafobiya ilə müsəlmanlar sıxışdırılır. Belə ki, müsəlmanların həyatını çətinləşdirmək üçün onlara “Qurani-Kərimə əməl etmək düzgündür, yoxsa alman qanunlarına?” kimi suallar verilir.
Beləliklə, dünyada, xüsusən də Avropada müsəlmanlara qarşı oynanılan oyunlara hər gün bir yenisi əlavə olunur. Almaniya və Fransada qəsdən yayılmağa çalışılan islamofobiyaya qarşı daha bir araşdırma başladılıb.
Almaniyada ən böyük təhlükə sələfilikdir
Almaniyada Səudiyyə Ərəbistanı administrasiyası tərəfindən maliyyələşdirildiyi iddia edilən sələfiliyə tələbat artır. 2015-ci ildən sonra tədricən ifadə olunmağa başlayan sələfilik müsəlmanlar vasitəsilə həyata keçirilir.
Sosial mediada həyata keçirilən xüsusi kampaniyalarda əsasən müsəlmanlar hədəfə alınır. Almaniyada həyatlarını çətinləşdirmək üçün müsəlmanlara bilərəkdən suallar verilir.
Sələfiliklə əsasən almanlar məşğul olur. Onlar uşaqlara və gənclərə verdikləri təxribatçı suallarla ictimai təhlükəsizliyi pozur, nizam-intizamı dağıtmağa cəhd göstərirlər. “Sən kafirlə dost ola bilərsənmi?”, “Qurani-Kərimdən irəli gələn qanunlaramı əməl etməlisiniz, yoxsa alman qanunlarına?” sualları ilə cəmiyyətdə qarışıqlıq yaradılır.
Bu məqsədyönlü suallar həm müsəlman uşaqlarını çaşdırır, həm də almanların mənfi reaksiyasına səbəb olur.
Avropada, xüsusilə Almaniyada artan irqçiliyin müsəlmanların hədəfə çevrilməsində də böyük rolu var.
Avropada sələfilik tələsi bəzən Türkiyədə sosial mediada gündəmə gətirilir.
Natiq Səlim,
KONKRET.az