Avstriya hökuməti “Formula-1″in mövsüm açılışına ev sahibliyini təsdiqləyibbackend

Avstriya hökuməti "Formula-1"in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

Avstriya hökuməti iyul ayında “Formula 1”-in mövsüm açılış yarışlarına ev sahibliyini təsdiqləyib.

KONKRET.az “BBC Sport”a istinadən xəbər verir ki, yarışlar 5-12 iyul tarixində Spielberqdəki “Red Bull” halqasında bağlı qapılar arxasında tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, 2020-ci il “Formula1” mövsümü mart ayında Avstraliyada başlamalı idi, ancaq koronavirus pandemiyası bu yarışın təxirə salınmasına səbəb olub.

Avstriya yarışları uğurla keçərsə, F1 mövsümü 19 iyulda Macarıstanın Budapeşt şəhərində davam edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*