Gəncə şəhərində məktəbli qəfil vəfat edib.
KONKRET.az xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib.
Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.//Oxu.az