Avtobuslarda cibgirliklə məşğul olan 3 qardaş TUTULDUbackend

Avtobuslarda cibgirliklə məşğul olan 3 qardaş TUTULDU

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan 3 qardaş tutulub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş – Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*