Avtobuslarında gedişhaqqı bahalaşdı – VİDEObackend

Avtobuslarda gedişhaqqı bahalaşdı - VİDEO

Sumqayıtdan Bakıya qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir. Sərnişinlər iddia edir ki, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Avtovağzaldan kənarda qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər. Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib gəlirlər.

Problemin həllində aidiyyati qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər.

KONKRET.az xəbər verir ki, Dövlət Avtomobili Nəqliyyat Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Qiymət artımı ilə bağlı açıqlama verən Dövlət Avtomobili Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşrutlarda heç bir qiymət artımı olmayıb. “Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilər ki, bu məsələ də qurumun səlahiyyətlərindən kənardır. Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənaət etmək üçün avtovağzaldan istifadə etsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*