Avtomobil ağaca çırpıldı – 3 nəfər yaralandıbackend

Avtomobil ağaca çırpıldı - 3 nəfər yaralandı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolonun Zaqatala rayonunun Lahıc kənd ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*