Ölkədə avtomobil bazarında müşahidə olunan durğunluq diqqət mərkəzinə çevrilib. Son aylarda həm yeni, həm də ikinci əl avtomobillərin satışında azalma qeydə alınır. Maraqlıdır, bu azalma avtomobil qiymətlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, son iki ilə yaxın müddətdə Azərbaycanın avtomobil bazarında müşahidə olunan durğunluq hələ davam etsə də, bu vəziyyət qiymətlərin ucuzlaşacağı anlamına gəlmir:
“Aprel ayının sonu və mayın əvvəllərindən etibarən ölkəyə idxal olunan yeni avtomobillərin qiymətlərində 3-5 faiz aralığında artım gözlənilir. Eyni zamanda, köhnə avtomobillərin qiymətində də təxminən 5 faizlik yüksəliş müşahidə oluna bilər. Bu artım əsasən mövsümi səbəblərlə əlaqələndirilir. Belə ki, may və iyun aylarının əvvəlində avtomobillərə olan tələbatın artması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.”
Aynurə İsmayıl
KONKRET.az