Avtomobil motosikletlə toqquşdu: ölənlər varbackend

Avtomobil motosikletlə toqquşdu: ölənlər var

Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Həsənabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri – 1968-ci il təvllüdlü Tofiq İsgəndər oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Elnur İsa oğlu Zeynalov hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Bayram İntiqam oğlu Balaşov isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*