
Özbəkistanın paytaxtı Daşkənddə iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qəza nəticəsində sərnişinlər diri-diri yandıb. Qəza nəticəsində sərnişinlər maşından çölə çıxa bilməyiblər. Daşkənd Baş Daxili İşlər İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, hadisə paytaxtın Çilanzar rayonu, Xalqlar Dostluğu Sarayının qarşısındakı Qalereya küçəsində baş verib.