“Aya Sofya məsələsi Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” – PESKOVbackend

“Aya Sofya məsələsi Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” - PESKOV

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Aya Sofyanın məscidə çevrilmə qərarının Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Peskov bu barədə “Avtoradyo” radiokanalına müsahibəsində deyib.

“Ayasofya qərarının rus-türk münasibətlərinə zərər verəcəyini düşünmürəm. Bu məsələnin Türkiyənin daxili işi olduğuna dair bizim rəsmi mövqeyimiz var. Türk tərəfdaşlarımızın hər hansı bir qərarda Aya Sofyanın daha əvvəl UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında olduğunu və bir çox xristiyan və ortodokslar üçün müqəddəs məna daşıdığını nəzərə alacağına ümid edirik”, -deyə Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*