“Ayasofyanın adı dəyişdirilməyəcək” – RƏSMİ AÇIQLAMAbackend

"Ayasofyanın adı dəyişdirilməyəcək" - RƏSMİ AÇIQLAMA

İstanbulda yerləşən Ayasofyanın məscid statusu almasından sonra tarixi abidənin adının dəyişdirilməsi gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə danışan Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş Ayasofyanın adının dəyişdirilməyəcəyini və tarixi isminə toxunulmayacağını bəyan edib. Bundan əlavə, Ərbaş 24 iyulda ibadətə açılacaq Ayasofyaya min insanın buraxıla biləcəyini, 2 imam və 4 müəzzinin vəzifələndiriləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*