Ayaz Salayev: “Xristianlıq Ermənistanda digər xalqlara yuxarıdan aşağı baxmaq üçün bir vasitədir”backend

Ayaz Salayev: “Xristianlıq Ermənistanda digər xalqlara yuxarıdan aşağı baxmaq üçün bir vasitədir”

Qarabağın ermənilər tərəfindən işğalına nəzəri cəhətdən bəraət qazandırmağa çalışanların hamısının əsas tezisı Ermənistanın guya Şərqdəki xristian sivilizasiyasının “forpostu” olmasıdır.

KONKRET.az xəbər verir ki, bu barədə məşhur rejissor, kinoşünas, teleaparıcı, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev danışıb.

“Xristian sivilizasiyasının mahiyyəti, əsas məzmunu İsa Məsihin Matfeyin İncilinin finalında qeyd olunan “Gedin, bütün millətləri öyrənin, onları Ata və Oğul və Müqəddəs Ruh adına vəftiz edin, buyurduğum hər şeyi onlara öyrədin”, – deyə A.Salayev bildirib.

O vaxtdan bu yana İncilin təbliği, missionerlik xristian kilsələrinin həyatının əsas hissəsinə çevrilib: katoliklik, pravoslavlıq, protestantizm. Yalnız xristian millətlərin ailəsindən çox erkən ayrılan Erməni Kilsəsi heç vaxt İncili təbliğ etməmişdir. Erməni kilsəsi tarixində missionerlik halları yoxdur.

Videonun sonunda kinorejissor qeyd edib ki, Azərbaycan və Türkiyə Şərqdə Avropa mədəniyyətinin həqiqi “forpost”u olub, məhz onlar ürəklərini Avropa mədəniyyətinə və Avropa sivilizasiyasına açıb və bununla da Şərqlə Avropa arasında heç bir ziddiyyətin olmadığını, əksinə onların tamamilə ahəngdar bir şəkildə mövcud ola biləcəyini göstəriblər.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*