Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanovanın vəzifəsindən azad edildiyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə KONKRET.az -a ADY-dəki mənbə məlumat verib.
Qeyd edək ki, o, ADY sədrinin müşaviri vəzifəsinə 2023-cü ilin yanvarında təyin edilib.
***
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.
Qeyd: ADY-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı, sərnişindaşıma, daxili təchizat A.Soltanovanın kurasiyasında olub. Onun adı QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılova ilə bağlı məsələlərdə hallanır.