AZAL-dan bu şəxslər üçün 29% endirimbackend

AZAL-dan bu şəxslər üçün 29% endirim

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir. “TURİST OLMAĞIN VAXTIDIR!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Bu barədə KONKRET.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il

Uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*