“Məhəmmədəli məşhur futbolçu olmaq istədiyini deyirdi. Boksa başlayanda isə Məhəmməd Əli kimi məşhur boksçu olmaq istədiyini söylədi”.
KONKRET.az xəbər verir ki, bunu Baku TV-nin “J2-8243: Son uçuş” sənədli filmində AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan Məhəmmədəli Eqanovun anası deyib.
“Bu onun arzusu idi ki, hər kəs onu tanısın, ondan danışsın. Məhəmmədəlinin arzusu həyata keçdi. O, həyatdan köçəndən sonra hamı onu tanıdı”, – deyə o söyləyib.

ALLAH helak olanlara rehmet elesin men bu ushaqa cox pis oldum o tek olub qorxanda valideynleri yaninda olsaydi amma yenede qismet😥